Bu gün Müsavat Divanının toplantısında Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun hüquqlarını müdafiə komitəsinin yaradılması məsələsinə baxılıb. Partiyadan verilən məlumata görə, divan üzvü Qubad İbadoğlunun sədrliyi ilə fəaliyyət göstərəcək müdafiə komitəsinin işində vətəndaş cəmiyyəti qurumlarının tanınmış nümayəndələri, o cümlədən hüquq müdafiəçiləri Novella Cəfəroğlu, İlqar İbrahimoğlu iştirak edəcək. Komitənin İsmayillı hadisələrində həbs edilmiş digər siyasi məhbusları, həmçinin REAL-ın mövqeyini diqqətə almaq şərti ilə İlqar Məmmədovu da müdafiə edəcəyi nəzərdə tutulur.