Fevralın 13-də ATƏT-in Bakı ofisinin nümayəndələri Müsavat Partiyasının qərargahında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüb. Partiyanın mətbuat xidmətindən verilən olan məlumata görə, tərəflər əsasən yanvarın 23-də İsmayıllıda baş verən xalq iğtişaşlarından sonrakı kütləvi həbsləri müzakirə edib. ATƏT təmsilçiləri Müsavat başqanının müavinii Tofiq Yaqublunun durumu ilə xüsusi maraqlanıb. T.Yaqublunun həbsinin təfərrüatları haqqında danışan Arif Hacılı bildirib ki, həbs tamamilə qanunsuzdur və Avropa qurumlarının ədalətli məhkəmə qərarına ümidlərini bölüşmür. A.Hacılı ATƏT təmsilçilərinin diqqətinə çatdırıb ki, T.Yaqublu və ?REAL? hərəkatının sədri İlqar Məmmədovun İsmayıllıya kütləvi etirazlardan bir gün sonra gediblər. Daha sonra tərəflər ölkədəki ümumi ictimai-siyasi durumu müzakirə edib.