Canəli Əkbərovdan masaj açıqlaması
3-cü Respublika muğam müsabiqəsinin başlandığı gün xalq artisti, professor Canəli Əkbərovun ?Dərsdə masaj? videogürüntüsü internet portallarında yer aldı və böyük səs-küyə səbəb oldu. Bildirək ki, yayılmış videoda Canəli Əkbərov özünü xanım tələbəsinə masaj etdirir.
Bununla bağlı AzNews.az-a açıqlama verən xalq artisti Canəli Əkbərov bu videonun yayılmasında düşmənlərinin əli ilə olduğunu iddia edib: ?Bu video mənim heç vecimə də deyil. Qoy olsun, bu alçaq adamların işidir. 4 il bundan əvvəl olan məsələdir. Guya o videoda nə var? Camaatı saunada görürlər, danışmırlar. Onunla mənə heç nə edə bilməyəcəklər?.
?Həmin videoya baxmısınızmı?? sualına isə C. Əkbərovun cavabı əsəbi oldu: ?Mən elə şeylərə baxmıram. Kimə maraqlıdırsa qoy baxsın?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47