ADP-çi gənclər polis orqanları tərəfindən təqib olunur
Bir neçə gündür ki, ADP-çi gənclər yaşadıqları ərazi üzrə hüquq mühafizə orqanları tərəfindən təqib edilməkdədir. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsi tərəfindən ADP-çi gənc Osman Əhmədova zəng edilərək polis bölməsinə gəlməsi tələb olunur. Adı çəkilən Polis Bölməsinin zabiti Namiq Rəhimov ADP-çi gən fəal Osman Əhmədova bildirib ki, mitinq və kütləvi aksiyalarda iştirak etdiyinə görə mütləq polis bölməsinə gəlməlidir.
Digər ADP-çi gənc fəal Azər Sadıxov da qeydiyyatda olduğu Astara RPİ-nin sahə müvəkkili Elvin Azadalı tərəfindən təqib olunmaqdadır. Belə ki, Azər Sadıxov Bakıda yaşadığından Astara RPİ-nin əməkdaşı Elvin Azadalı onun Astarada olan ailə üzvlərinə təzyiq göstərərək bildirib ki, təcili olaraq Azər polis bölməsinə gəlməlidir. Onun da Polis Bölməsinə çağırılmasına səbəb kütləvi aksiyalarda fəal iştirakı göstərilir.
Görünür, hakimiyyət orqanları yanvar ayında keçirilən aksiyalarda gənclərin aktiv iştirakından narahat olmaqdadır, mitinqə çıxanlara qarşı böyük məbləğdə cərimə sanksiyalarının nəticə vermədiyini görən hakimiyyət indidə gəncləri bu aksiyalardan yayındırmaqdan ötrü özünün köhnə repressiv metodlarına qayıtmaq qərarı verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51