Sabiq deputat Prezident Administrasiyasına zöbə müdiri gətirilir - EKSKLüZiV
gn=left]anar-axundzade.jpg[/libt]
Yaxın vaxtlarda Milli Məclisin sabiq deputatı Anar Axundzadə Prezident Administrasiyasında (PA) şöbə müdiri vəzifəsinə təyin olunacaq. Bu barədə MİA-ya yeni məlumat daxil olub. Məlumata görə, A.Axundzadə indiyədək fəaliyyəti dövründə nöqsansız çalışdığı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) mövqeyinə sadiq qalıb. A.Axundzadə prezident İlham Əliyevin ən fəal təbliğatçılarından biri hesab olunur.
Bizi bilgiləndirən şəxs onu da bildirib ki, Anar Axundzadənin Administrasiyanın şöbə müdiri Elnur Aslanovun yerinə gətirilməsi planlaşdırılır. Məsələni dəqiqləşdirmək üçün A.Axundzadə ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmayıb.
Xatırladaq ki, Anar Axundzadə 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə Seckilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən millət vəkili seçilib(2000-2005).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51