İran prezidenti Mahmud Əhmədinejat dövlət başçısı İlham Əliyevi Tehrana dəvət edib. ANS PRESS-in İran mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda İranın Azərbaycandakı səfiri Möhsün Pak-ayin açıqlama verib. Diplomatın sözlərinə görə, hazırda İran tərəfi prezident İlham Əliyevin rəsmi səfərinin dəqiq tarixinin açıqlanmasını gözləyir. Səfər də məhz bundan sonra baş tutacaq.