Azərbaycan Liberal Partiyası bəyanat verdi
"Bu il yanvarın 23-də İsmayıllıda baş vermiş etirazlara dair yerində məlumat toplamaq üçün yanvarın 24-də, hadisələr sakitləşdikdən sonra İsamyıllıya səfərinii bəhanə edərək, Azərbacan hüquq-mühafizə orqanları kütləıvi iğtişaşalara təhrik etmə saxta ittihamı ilə Müsavat partiyasınıın başqan müavini, jurnalist Tofi Yaqublunu və "Real" hərəkatının həmsədri İlqar Məmmədovu həbs etmişdir".
Bu fikirlər Azərbaycan Liberal Partiyasının bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir: Azərbaycan Liberal partiyası hesab edir ki, yeritdiyi talançı siyasətə qarşı son zamanlar vüsət almış geniş xalq etirazlarından təşvişə düşmüş korrupsion rejim T.Yaqublunu və İ.Məmmədovun həbs etməklə represiyaların yetinə mərhələsinə qədəm qoymuşdur.
Bu həbsin məqsədi təkcə müxalifəti deyil, bütün xalqı qorxutmaq, etirazlardan çəkindirmək və prezident seçkilərini yenidən total saxtalaşdırmaqdır.
İqtidar bilməlidir ki, siyasi repressiayalarla ölkəıni idarə etmək olmaz. Artıq yarıtmaz siyasətdən bezmiş geniş xalq kütlələrini repressiyalarla qorxutmaq mümkün deyil və yeni xalq hərəkatı yetişir.
ALP Tofiq Yaqublunun və İlqar Məmmədovun həbsini qətiyyətlə pisləyir, onların və digər siyasi dustaqların dərhal azad edilməsini tələb edir.
ALP hesab edir ki, ölkədə siyasi repressiyaların güclənməsində Azərbaycan hakimiyyətinə lobbiçilk edən xaricisiyasi qüvvələrin, o cümlədən bu ilin yanvarında AŞ PA-da siyasi dustaqlara dair məsələnin müzkirəsində ona dəstək vermiş Avropa ölkıələrndən bir çox deputatların da üzərinə böyük məsuliyyət düşür.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51