?Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Əkrəm Əylislinin evinin qarşısında aksiya keçirəcək?. Bu barədə YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Teleqraf.com-a açıqlamasında deyib. Onun sözlərinə görə, YAP Gənclər Birliyi xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın ədəbiyyat jurnalı olan ?Drujba narodov?da dərc olunmuş ?Daş yuxular? romanına etiraz olaraq aksiya keçirmək niyyətindədir.