"Kurtlar Vadisi"nə iddia qaldırıldı
iyənin ən populyar seriallarından biri olan "Kurtlar Vadisi Pusu" serialına qarşı iddia qaldırılıb. Belə ki, serialda Pusat rolunun yer aldığı səhnələrlə bağlı məhkəməyə müraciət olunub. "Habertürk"ün xəbərinə görə, serialdan məhkəməyə şikayətlənən G.A. adlı vətəndaş Pusat obrazının yer aldığı səhnələrdə onun narkotik maddələrdən istifadə etdiyini bildirib.
"Serialın tamaşaçılarının əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, narkotik maddələrdən istifadə səhnələrinin onlara çox pis təsir edəcəyi şübhəsizdir. Bu səbəbdən də "Kurtlar Vadisi Pusu" serialını çəkən studiya, aktyorlar və serialın nümayiş olunduğu telekanalın məsuliyyətə cəlb olunmasını tələb edirəm", - iddia ərizəsində deyilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47