ictimai Palata ismayıllı hadisələri ilə bağlı bəyanat yayıb
İctimai Palatanın Koordinasiya Şurası İsmayıllı hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Dünən gecədən başlayaraq İsmayıllı rayonunda yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı başlamışdır və davam edir. Hadisəni dinc şəkildə, danışıqlarla nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridilmişdir. İnsanlara qarşı zərərli qazlardan, xüsuai vasitələrdən istifadə edildiyi, kütləvi həbslər haqda məlumatlar daxil olmuşdur. İP KŞ və İP İsmayıllı təşkilatı hadisələr başlandığı ilk andan xalqın haqlı tələbləri və dinc aksiyası ilə həmrəy olduğunu ifadə etmişdir bu istiqamətdə addımlar atmaqda davam edir.
İP KŞ dinc əhaliyə qarşı zor tətbiqini qətiyyətlə pisləyir və qoşun və silahlı qüvvələrin dərhal rayondan çıxarılmasını, həbs olunmuş və saxlanmış şəxslərin azad edilməsini tələb edir. İP KŞ hadisədən ciddi nəticələr çıxarılmasını və əhalinin tələblərini yerinə yetirmək üçün sistemli və ardıcıl əməli tədbirlər görülməsini zəruri sayaraq, eyni zamanda təxirəsalınmaz şəkildə:
1. Hakimiyyət orqanlarını əhalinin nümayəndələri ilə dərhal danışıqlara başlamağa çağırır.
2. Bütün ölkə ictimaiyyətinə müraciət edərək İsmayıllı əhalisinin haqlı tələblərinə dəstək verməyə, həmrəylik göstərməyə dəvət edir.
İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, ən qısa müddətdə repressiya və təqiblər dayandırılmasa ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsini müzakirə edəcəkdir".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51