isa Qəmbər ?Binə? həbslərinə sərt təpki göstərdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər ?Binə üsyanı?na sosial şəbəkələrdən növbəti dəfə münasibət bildirib və hakimiyyətə mesaj ünvanlayıb. Musavat.com-un məlumatına görə, İsa Qəmbər Twitter hesabından #binedenelinicek! heştegi (??Binə?dən əlini çək!?) yaradıb. Twitter istifadəçiləri bu heşteg vasitəsilə Binə ticarət mərkəzi ətrafında baş verənlərə münasibət bildirmək, üsyançı tacirlərə dəstək vermək imkanı qazanacaqlar.
Xatırladaq ki, yanvarın 19-da ?Binə? ticarət mərkəzində sahibkarlar onlardan əlavə ödənişlər tələb edilməsinə qarşı üsyan qaldırıblar. Etiraz aksiyası toqquşmalarla müşayiət olunub. Aksiya zamanı həbs olunanlar olub və onlar barəsində həbs qərarı çıxarılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51