AIDP sədrindən isa Qəmbərə dəstək
?Lənkərana səfər edən Müsavat başqanı İsa Qəmbərin etirazla qarşılanması, ona və ətrafındakılara hücum edilməsi planlaşdırılmış bir prosesdir?. Bu fikri AİDP sədri Tahir Abbbaslı deyib. İslamçı demokratların baş verən olayı pislədiyini deyən AİDP sədri bildirib ki, seçki ilində baş verən bu hadisə ölkənin imici üçün mənfi bir hadisədir: ?İqtidar üçün də xeyirli bir iş deyil?.
T.Abbaslı hesab edir ki, baş verən hadisə müxalifətin də xeyrinə deyil: ?Müxalifətə inamın azalması fonunda baş verən bu hadisə İsa Qəmbərə siyasi dvident gətirəsi deyil. İsa Qəmbər başda olmaqla bütün müxalifət öncə zərərçəkən nüfuzunu bərpa etməlidir. Müxalifətə inamın olmamasını İsa Qəmbər özü də etiraf edir. Əvvəlki illərdən fərqli olaraq indi cəmiyyət belə hadisələrə əhəmiyyətsiz hadisə kimi baxır və ?hamısı bir bezin qırağıdı? deyib əlini yelləyir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51