Metronun ?28 May? stansiyasının əsas girişində aparılan yenidənqurma və müasirləşdirmə işləri ilə əlaqədar stansiyanın girişi yanvarın 21-dən bağlanacaq. Bu barədə bazar ertəsi Trend-ə Bakı Metropolitenindən məlumat verilib. Metropolitendən deyildiyi kimi, stansiyada görülən işlər dövründə sərnişinlər stansiyanın ikinci girişindən, eləcə də ?Cəfər Cabbarlı? stansiyasına keçiddən istifadə edə biləcəklər. "Hələlik yalnız stansiyanın əsas girişi bağlanacaq, çıxış isə fəaliyyət göstərəcək və sərnişinlər ondan istifadə edə biləcəklər", - Bakı Metropolitenindən bildirilib.