Razi Nurullayev əməliyyat olunacaq
Bir neçə gün əvvəl baş verən yol qəzasında xəsarət alan AXCP sədrinin müavini Razi Nurullayev çiynindən əməliyyat olunacaq. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Razi Nurullayevin vəziyyəti orta-ağır olaraq qalır. Müalicə həkimi Fəxrəddin Zeynalovun verdiyi məlumata görə, əməliyyat Razi Nurullayevin çiynində aparılacaq. R. Nurullayevin kəllə-beyin travması almış həyat yoldaşının vəziyyəti də orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, dekabrın 5-də R. Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində R. Nurullayev və həyat yoldaşı xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51