?AXCP də prezidentliyə namizədini elan edəcək?
?Biz istəyirik ki, Əli Kərimli müxalifətin daha geniş koalisiyasının namizədi olsun. Zamanı gələndə partiyamızın prezidentliyə namizəd məsələsi həll ediləcək?. Bu sözləri ?Qafqazinfo? ya açıqlamasında AXCP sədrinin müavini Həsən Kərimov AXCP liderinin prezidentliyə namizədliyini nə vaxt elan edəcəyinə aydınlıq gətirərkən qeyd edib.
Həsən Kərimov bildirib ki, biz dəfələrlə bəyan etmişik ki, bizim üçün əsas olan məsələlər Azərbaycanda seçkiöncəsi demokratik mühit yaradılması, Seçki Məcəlləsində dəyişiklik edilməsi, sərbət toplaşmaq azadlığı təmin edilməsidir: ?Bu məsələlər həllini tapdıqdan sonra AXCP də prezidentliyə namizədini elan edəcək. Əli Kərimli ölkədə ana müxalifətin əsas lideridir. Ona görə də AXCP bu məsələdə tələsmir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51