Məmməd Əlizadə MDP-yə keçdi; Sabiq DADP sədri lider oldu
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) keçmiş sədri Məmməd Əlizadə Sabir Tarverdiyevin başqanı olduğu Mili Dövlətçilik Partiyasının (MDP) lideri statusuna gətirilib.
Partiyadan mia.az-a verilən məlumata görə, Məmməd Əlizadənin MDP-nin lideri seçilməsi təklifi Sabir Tarverdiyevdən gəlib: ?Məmməd müəllim təklifə müsbət yanaşıb. Bu gün partiyanın Siyasi Şurasının toplantısında qərar qəbul olundu və Məmməd Əlizadə partiyamızın fəxri lideri statusuna gətirildi?.
Məlumatda o da bildirilib ki, qarşıdan gələn 2013 prezident seçkiləri ilə bağlı partiya təşkilati işləri də gücləndirib: ?Partiyanın Siyasi Şurası seçkilərdə birmənalı şəkildə İlham Əliyevi dəstəkləyəcək. Növbəti toplantımızda bu istiqamətdə rəsmi qərarımızı açıqlayacağıq?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51