Dekabrın 25-də məhbus siyasətçi Nemət Pənahlı cərimə təcridxanasından çıxarılıb. Məlumatı ?Media forum? saytına Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib. Mehman Sadıqov dekabrın 25-də ?Media forum? saytına deyib ki, Nemət Pənahlı aclıq aksiyasını davam etdirir: ?Yəqin ki, o, digər məhkumlardan təcrid olunub həkim nəzarətinə götürüləcək?. 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan Nemət Pənahlı dekabrın 6-da 5 sutka cərimə təcridxanası cəzası alıb. Təcridxanada aclıq aksiyasına başlayandan sonra onun cərimə təcridxanasında əlavə 5 sutka da saxlanmasına qərar verilib. Dekabrın 16-da o, cəza təcridxanasından çıxarılsa da, aclığı davam etdirib. Dekabrın 18-də Nemət Pənahlı yenidən cərimə təcridxanasına salınıb. Bu dəfə 7 sutkalığa. Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib