gn=left]milli-meclis.jpg[/libt] Azərbaycan Milli Məclisinin 2012-ci il payız sessiyasının son iclası dekabrın 28-də keçiriləcək. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Payız sessiyasının sonuncu iclasından sonra parlament tətilə çıxacaq. Milli Məclisin yaz sessiyası isə fevralın 1-də başlayacaq. A. Təvəkküloğlunun sözlərinə görə, hələlik iclasın gündəliyi təsdiqlənməyib. Qeyd edək ki, hər il olduğu kimi, bu il də son iclasda Milli Məclisin 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki də nəzərdə tutulur.