Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşviliyə telefonla zəng edib. İlham Əliyev gürcü həmkarı Mixail Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Gürcüstan Prezidenti təbrikə və diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.