Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Hesabatlarda şura sədri Azay Quliyev Şuranın fəaliyyətinin əsas məqamlarına, o cümlədən maliyyələşdirilən layihələrin effektivliyi və əldə edilən real nəticələrə diqqət yönəltməyin vacibliyini qeyd edib. İclasda rüblük hesabat şura üzvlərinin qeyd və təkliflərindən sonra qəbul edilib.