Tarzən Ramiz Quliyevin italiyada yeni diski buraxılıb
Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor, tarzən Ramiz Quliyevin İtaliyada "Tar ilə Dialoqlar" (?Dialogues with the Tar?) adlı yeni diski buraxılıb.
Disk Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliyanın məşhur "Felmey Korso Monkalieri" şirkəti arasında imzalanmış müqavilə əsasında hazırlanmışdır. Müqaviləyə əsasən, İtaliyada Azərbaycan mədəniyyətinin təbliği məqsədilə altı diskdən ibarət ?Azərbaycanın ənənəvi müsiqisi? musiqi albomlarının buraxılması planlaşdırılır. Lahiyənin müəllifi YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovadır. Qeyd etmək lazımdır ki, tarzən Ramiz Quliyevin yeni musiqi albomu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş və Azərbaycan tar ifaçılığının YUNESKO-nun ?Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi? siyahısına qəbul olunmasına həsr edilmişdir. Albomun dizayneri Karan Dasvani (İtaliya), koordinatoru Renzo Ponyant (İtaliya), fotoşəkillərinin müəllifi Aqdes Bağırzadə və Bartolomey Bultoviçdir (Polşa). Alboma Azərbaycan bəstəkarlarının tar və digər alətlər ücün yazılmış iri və kiçik həcmli əsərləri və Azərbaycan klassik muğamları daxil edilmişdir. Professor Ramiz Quliyevin ifasında təqdim olunan əsərlər Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin simfonik və xalq çalğı alətləri orkestrləri tərəfindən müşayiət olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47