Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib. APA-nın məlumatına görə, həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech-in hazırladığı hesabat, həmçinin Christoph Strässer-in ?Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar? adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq. Bundan başqa qış sessiyasının gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, ?Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət? adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin m