Dekabrın 17-də Abşeron rayon Məhkəməsində dövlət ittihamçısı müsavatçı Nigar Yaqublunun 4 il azadlıqdan məhrum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisində çəkməsini istəyib. Müdafiə tərəfinin N.Yaqublu haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqda vəsatəti isə təmin olunmayıb. Vəkillər məhkəmədən çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək. N.Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. A.Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi ?KAMAZ? markalı avtomaşınla toqquşub. A.Acalovun avtomobilini N.Yaqublu idarə edib. İstintaq bildirir ki, qəza N.Yaqublunun təqsiri üzündən baş verib.