52;n Müasir Musavat partiyasının mərkəzi qərargahında partiyanın İdarə heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ilk öncə olkədə və dunyada baş verən hadisələr müzakirə edililıb. Daha sonra qurultayla bağlı gündəlikdə duran əsas məsələlər ətrafında müzakirələrə başlanılıb.Bununla bağlı ilk çıxışı MMP sədri Hafiz Hacıyev edib. Sonra digər partiya funksionerlərinin təklif və fikirləri dinlənilib. Toplalantıda qurultaya hazırlıq və nümayəndələr seçilməsi üçün keçirilən zona müşavirələrinin hesabatı, şəhər və kənd təşkilatlarında keçiriləcək konfranslsra hazırlığın səviyyəsi müzakirə olunub.Məsləhətləşmələr zamanı qərar verilib ki,konfranslar yekunlaşandan sonra partiya fəallarının toplantısi keçirilsin. Toplantıda dəvət ediləcək qonaqların siyahısı da oxunulub.Qurultayın vaxtı isə hələlik təyin edilməyib.Bu haqda Siyasi Şura qərar qəbul edəcək.Qərar qəbul edildikdən sonra BŞİH-yə müraciət ediləcək.