İctimai Palatanın bu gün saat 14-də Fəvvarələr meydanına təyin etdiyi aksiya başlayıb. Bir qrup müxalifət fəalı "İstefa", "Azadlıq" şüarları səsləndirərək meydana daxil olublar. Polis onların qarşısını kəsib və bir neçə insan saxlanılıb. Müxalifətin aksiyası artıq başlayıb. Həbs olunanlar var. "Azadlıq"-ın əməkdaşının verdiyi məlumata görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP sədrinin müşaviri Şakir Abbasov və AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli polis tərəfindən döyülərək həbs olunublar.