Transparency International təşkilatı Azərbaycanın 2012-ci il üzrə Korrupsiya Qavrama İndeksini dərc edib. Bu il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada qərarlaşıb. Regionda ən yaxşı göstərici Gürcüstana məxsusudur. Belə ki, bu ölkə 52 balla sıralamada 51-cı yerdədir. Ermənistan 34 balla 105-ci yerdə, Rusiya ilə Qazaxıstan isə 28 xalla, 133-cü pillədə, Türkiyə isə 49 balla 54-cü yerdə sıralanıb. Sıralamada ən son pilldə isə Əfqanıstan, Koreya və Somali qərarlaşıb. 1 Danimarka- 90 1 Finlandiya- 90 1 Yeni Zenlandiya -90 4 İsveç ? 88 5 Sinqapur- 87 6 İsveçrə- 86 7 Avstraliya ? 85 7 Norveç 85 9 Kanada 84 9 Niderland 84 11 İslandiya 82 Qeyd edək ki, 2012-ci il Korrupsiya Qavrama İndeksininin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb və ümumilikdə siyahıda 176 ölkə yer alıb.