?Bəzi dostlarımız indi cəmiyyətdə boykot havası əsdirirlər. Buna son qoymaq lazımdır?. Bu sözləri Müsavat başqanı İsa Qəmbər İctimai Palatada müzakirə olunan ?Seçki islahatları Memorandumu? nun müzakirəsi zamanı deyib. Müsavat başqanı qeyd edib ki, əgər ölkədə seçki mühiti yoxdursa, nəyi boykot edəcəyik: ?Cəmiyyəti heç vaxt boykot üsulu ilə bir araya gətirmək mümkün olmayıb. Bəli, xalqda bizə qarşı inamsızlıq var. Əsas məqsədimiz xalqın bizə olan inamını geri qaytarmaqdır. Biz bunu atdığımız addımlarla, gördüyümüz işlərlə bərpa etməyə çalışmalıyıq?.