Məzhur aktyor 3 milyon manatlık zampan içdi
38 yaşını qeyd etmək Leonardo Di Kaprioya böyük məbləğə başa gəlib. ANS PRESS-in dünya KİV-lərinə istinadən verdiyi məlumata görə, məşhur aktyor Nyu-Yorkdakı "The Darby" restoranında dostyana məclisdə 3 milyon dollarlıq şampan şərabı içib.
Gördüklərindən təəccübündən karıxmış şahid gördüklərini belə şərh edib: "Onlar 19 qutu "Armand de Brignac" şampanı sifariş verdilər, sonra da əlavə tələb etdilər".
Banket qəlyanaltı ilə birlikdə 4 milyona başa gəlib. Lakin Hollivud ulduzunun öz var-dövlətini bayağı şəkildə məsrəf etdiyini düşünmək düzgün olmazdı. Bayram banketindən əldə edilən mədaxil aktyorun xeyriyyə fonduna və Sendi qasırğasının qurbanlarına kömək üçün Qırmızı Xaça gedəcək. Di Kaprio sözün əls mənasında öz qarnını və pulunu xeyriyyəçilik yolunda qurban verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47