XiN Sergey Lavrovun Türkiyədə qolunu sındırmasını təkzib edir
Rusiya Federasiyası XİN-in mətbuat xidməti nazir Sergey Lavrovun İstanbula rəsmi səfər zamanı qolunu sındırması barədə KİV-də yayılan xəbərləri təkzib edib. ANS PRESS-in NTV-yə istinadən verdiyi məlumata görə, bir qədər əvvəl Türkiyə KİV-i xəbər vermişdi ki, Lavrovun qolu sınıb və o, şəhər xəstəxanalarından birinə çatdırılıb.
Burada həkimlərin ilkin tibbi yardım göstərməsindən sonra Lavrov xəstəxananı tərk edib. "Söhbət nazirin iş qrafikinə təsir etməyən cüzi idman zədəsindən gedir", - RF XİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, KİV-in nazirin xəstəxanaya yerləşdirilməsi haqqında irəli sürdüyü versiyaların "heç biri həqiqətə uyğun deyil".
RF XİN-dən bildiriblər ki, bu gün Rusiyanın xarici işlər naziri Rusiya-NATO Şurasında iştirak etmək üçün Brüsselə yola düşəcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50