3 partiya sədri görüzdü
Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.
Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, AYP, Ədalət və VİP-in iştirakı ilə siyasi blokun təsisatı, eyni zamanda, bir sıra cari məsələlər müzakirə olunub. Partiya rəhbərləri siyasi blokun yaradılması istiqamətində artıq bir müddətdir, davam edən üçtərəfli müzakirələrdə önəmli məsafə qət edildiyini və əsas prinsipial məsələlərdə razılığa gəlindiyini məmnunluqla vurğulayıblar. Danışıqların yekun mərhələyə daxil olduğunu diqqətə çatdıran tərəflər partiyadaxili məsləhətləşmələrdən sonra müzakirələri qarşıdakı günlərdə davam etdirməyi qərarlaşdırıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51