Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Yeni Azərbaycan Partiyasınını keçirdiyi Asiya Siyasi Partiyalar Konfransının Bakı Assambleyasında çıxış edərək Qarabağ münaqişəsinin həllində Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarını bərpası məsələsini qaldırıb. ?artiya sədri problemin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün sayıb. Bundan başqa, Ə.Temirxan Lalə Şövkətin Asiyada ATƏT tipli sülh və əməkdaşlıq təşkilatının yaradılması təklifini verib. ALP sədri onu da əlavə edib ki, Azərbaycan iqtidarı belə bir təşəbbüsdə bulunsa, Liberal Partiya ona hər cür dəstək verəcək.