Muasir Musavat partiyasının sədri Hafiz Haciyev yaxın günlərdə bəzi mətbu orqanları və onların yazarları ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. Neçə aydır sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Respublika Prokurorluğuna müraciət edən MMP sədri Hafiz Haciyevə qarşı ?Yeni Musavat? və ?Azadlıq? qəzetlərində xüsusi sifarişlə təhqir kompaniyası başladılıb. Muasir Musavat Partiyasının fəalları bu təhqirlərə cavab vermək üçün partiya rəhbərliyinə xüsusi təkliflə müraciət ediblər.Məsələ İdarə Heyətində müzakirə edilib.Partiya sədri həmin yazıların ortaya çıxma səbəblərini və sifarişçilərini bildiyini deyib və üzvlərini sakitləşdirmək məqsədi ilə söz verib ki,məsələ bu cür davam edərsə məhkəməyə müraciət edəcək.Əgər bir nəticəsi olmasa onda onların təklifləri qəbul ediləcək.Yəni təhqir edən tərəflərə dədə-baba üsulu ilə cavab veriləcək.