MMP sədri italiya səfiri ilə görüzüb
Bu gün Muasir Musavat Partiyasının sədri Hafiz Haciyev İtaliyanın ölkəmizdəki fövqaladə və səlahiyyətli sədri Mario Baldi Ilə görüşüb. Görüşdə Azərbaycan- İtaliya münasibətləri haqda fikir mübadiləsi aparılıb.Bu münasibətlərin daha dərinləşdirilməsi perespektivləri müzakirə olunub.
Ölkədə və dünyada baş verən ictimai-siyasi məsələləri müzakirə edən tərəflər hadisələrə siyasi qiymət veriblər.Daha sonra Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunma cəhdləri,superdövlətlərlə münasibətin daha da sıxlaşdırılması ətrafında da fikirlər söylənilib.Müzakirələr zamanı Azərbaycanda mövcud olan problemlərə də toxunulub. Sərbəst toplaşmaq ,söz və mətbuat azadlığı ,partiyalaraın fəaliyyəti və qarşıdan gələn 2013-cü il prezident seçkisi müzakirə olunub.
İtaliyalı diplomat vurğulayıb ki,onun ölkəsi Azərbaycanın demokratik inkişafında maraqlıdır və İtaliya bunun üçün həmişə mövcud imkanlardan istifadə edir.
Görüşdən məmnun qalan tərəflər bu cür görüşlərin mütamadi olmasını razılaşdırıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50