Bu ilin 21 dekabr tarixində Kanadanın Toronto şəhərində Muğam ? Beynəlxalq Festivalı çərçivəsində Azərbaycanın görkəmli muğam ustası, dünya şöhrətli musiqiçi Alim Qasımovun ?Sama-e Rast Muğam rəqsi? adlı konserti təşkil olunacaq. Azərbaycanın Kanadadakı səfirliyindən verilən məlumata görə, konsert çərçivəsində Torontoda yaşayan həmyerlimiz Saşar Zarifin rəhbərlik etdiyi rəqs qrupu iştirak edəcək. Sözügedən festival Kanadanın və Ontario əyalətinin İncəsənət Şuraları və Ağaxan Muzeyinin himayəsi və Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin dəstəyi ilə təşkil ediləcək. Festivalın məqsədi zəngin Azərbaycan muğam ənənələrini Kanadada təbliğ etməkdir.