Səyyad Aran Komitə sədrinin müavini oldu
Ölkə Prezidenti sabiq deputatın yeni vəzifəyə təyinatına dair sərəncam imzalayıb. Azərbaycanın İstanbuldakı keçmiş konsulu, Yeni Azərbaycan Partiyasının tanınmış üzvü Səyyad Aran Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini təyin olunub.
Xəbəri Modern.az-a açıqlamasında Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Orxan Əli də təsdiqləyib.
Xatırladaq ki, Yeni Azərbayacan Partiyasının yaradıcılarından olan Səyyad Aran uzun illər partiyanın ideologiya şöbəsinə rəhbərlik edib. O, 2006-2010-cu illərdə Azərbaycanın İstanbuldakı konsul vəzifəsində çalışıb. O, bu təyinatadək Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin Dövlət reyestri sektorunun aparıcı məsləhətçisi vəzifəsində çalışırdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51