Oktyabr ayında Azərbaycanda bahalaşma olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, oktyabr ayında sentyabr ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0, 7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.5 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri sentyabr ayının səviyyəsində qalıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymət və tariflər on ay ərzində 1.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.2 faiz, xidmət tarifləri 1.3 faiz bahalaşıb.