ilhamə Quliyeva oğlunun nizan xəbərini təkzib etdi
Xalq artisti İlhamə Quliyeva oğlu Orxanı nişanlanması barədə bu gün yerli KİV-lərdə yazılan xəbərləri təkzib edir. Xalq artistinin mətbuat katibi Faiq Ələkbərli ANS PRESS-ə açıqlamasında sənətkarın oğlu Orxanla bağlı yayılmış xəbərin doğru olmadığını bildirdi.
F.Ələkbərli primadonnanın şəxsi həyatla gündəmə gəlməsinə etiraz etdiyini dedi: ?İlhamə xanım şəxsi həyatı barədə açıqlama vermək istəmir, oğlunun həyatının gündəmə gətirilməsinin əleyhinədir. Bu İlhamə xanımın şəxsi işidir, ailə məsələsidir. Şəxsi həyatına heç kim qarışmasın! İlhamə xanım kimi böyük bir sənətkarın ailə məsələsi ilə gündəmə gəlməyə ehtiyacı yoxdur. Sənətkar ənənəsinə sadiq qalaraq çoxmilyonlu pərəstişkarlarını yenə də yaradıcılıq uğurları ilə sevindirməyi üstün tutur?.
Qeyd edək ki, bu gün mətbuatda xalq artisti İlhamə Quliyevanın ?Mala Praqa? restoranında oğlu Orxana nişan mərasimi təşkil etməsi ilə bağlı məlumat yayılmışdı. Heç bir mənbənin göstərilmədiyi məlumatda bildirilirdi ki, mərasimdə şou əhli iştirak etməyib, yalnız müğənninin ailə qohumları olub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47