Noyabrın 13-də Abşeron Rayon Məhkəməsində Müsavat Partiyasının gənc fəalı Nigar Yaqublunun işi üzrə hazırlıq iclası keçirilib. Prosesə hakim İlham Kərimli sədrlik edib. Hakim N.Yaqublu barəsində həbs qətimkan tədbirinin 3 sutka uzadılmasına qərar verdiyindən müdafiə tərəfinin vəkilləri buna etiraz ediblər. Hakim isə N.Yaqublunun vəkillərinin qaldırdıqları vəsatətlərə baxmayıb. Məhkəmə noyabrın 23-də davam edəcək. N.Yaqublunun iki aylıq həbs müddəti noyabrın 11-də başa çatıb. Vəkillər onun ev dustaqlığına buraxılmasını istəyiblər. Nigar Yaqublu Müsavat Müsavat üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı saxlanılıb. Avqustun 25-də baş verən qəza zamanı Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq iddia edir ki, qəza onun təqsiri üzündən baş verib.