Etibar Məmmədov 2013 seçkilərinə hazırlazır
?İstənilən halda Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcək?. Bunu AzNews.az-a açıqlamasında AMİP-in Mərkəzi Şurasının üzvü Əli Orucov bildirib. Onun sözlərinə görə, indiyədək AMİP bütün seçkilərdə iştirak edib və özünəməxsus uğurlar qazanıb: ?Biz yenə də seçkilərdə iştirak edəcəyik. Amma hansı formada iştirak edəcəyimiz isə müzakirələrdən və qurultayın verəcəyi qərarardan asılı olacaq?.
AMİP-in planlaşdırdığı aksiyalara da toxunan Ə.Orucov deyib: ?Biz aksiya keçirmək istəsək də, Bakı şəhər İcra Hakimiyyəti buna icazə vermir. Bakı meriyası popuqay kimi hərəkət edir, hər zaman bizə eyni cavab verir ki, aksiyanı gedin 20-ci sahədə keçirin. Heç olmasa cümlədə müyyən düzəliş etsinlər. Hər zaman eyni cavab verirlər?.
Şura üzvü həmçinin qeyd edib ki, AMİP-in qurucusu və ilk sədri olan Etibar Məmmədov siyasətdən getməyib: ?Sadəcə olaraq E.Məmmədov indi fəal siyasətdə deyil. O, gələn keçiriləcək prezident seçkilərinə qatıla da, qatılmaya da bilər. Siyasətdə hər şeyin baş verməsi mümkündür?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51