Xanəndə Mələkxanım Əyyubova 50 yaşını qeyd edir. Xalq artisti yubiley günündə doğma şəhəri Şamaxıda konsert verib. Mia.az-ın xəbərinə görə, konsertin aparıcısı sənətkarın həmyerlisi olan tanınmış teleaparıcı İlham Mirzəyev olub. Mələkxanımın yubiley tədbirində xalq artisti, xanəndə Canəli Ələkbərov, xanəndə Elnarə Abdullayeva, bəstəkar-müğənni Ramal İsrafilov da iştirak ediblər. Onu da qeyd edək ki, konsert Şamaxı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.