Azərbaycanda bir adam orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 14,0 milyard manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz çox istehlak malları satılıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, satılmış ərzaq məhsullarının həcmi 1,9 faiz artaraq 7,8 milyard manata, qeyri-ərzaq mallarının həcmi 20,5 faiz artaraq 6,2 milyard manata bərabər olub.
2011-ci ilin on ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 4,1 faiz bəndi azalaraq 55,8 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 44,2 faiz təşkil edib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 67,1 manatlıq qeyri-ərzaq malları alıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19