Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Demokratik Qüvvələrin Məşvərət Məclisi adından noyabrın 3-də mitinqə icazə vermədiyinə görə məhkəməyə müraciət edib. Bu barədə MİA-ya məlumat verən Ə.Temirxan deyib ki, artıq Bakı Şəhər 1 saylı İnzibati İqtisad Məhkəməsinə ərizəni təqdim edib. Onun sözlərinə görə, işə yacın günlərdə baxılması gözlənilir.