ATƏT Ukraynadakı seçkiləri pislədi
ATƏT bazar günü Ukraynada keçirilmiş parlament seçkilərini ?demokratiyadan uzaqlaşma? kimi qiymətləndirib. ATƏT müşahidəsilərinin fikrincə, hakimiyyət seçki prosesində inzibati resurslardan istifadə edib, partiyaların maliyyələşməsi şəffaf olmayıb, seçki iştirakçılarının KİV-ə çıxışı qeyri-bərabər olub.
?Bu, geriyə atılmış addımdır?, - ANS PRESS-in ?Euronews?a istinadən verdiyi məlumata görə, AŞ PA-nın Monitorinq Komissiyasının üzvü Andreas Qross bildirib. Onun fikrincə, indi Ukrayna Leonid Kuçmanın hakimiyyətdə olduğu dövrdəki vəziyyətdədir: ?O vaxt olduğu kimi, indi də bir çox vətəndaşlar özlərini siyasi həyatdan təcrid olunmuş sayırlar?.
?Biz Ukrayna hökuməti ilə danışıqlar masasına oturmağı, təklif və tövsiyyələrimizi verməyi çox istərdik. Bu ölkədə qanunlar var. Qalır onları icra etmək?, - ATƏT-in və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiya rəhbəri Odre Qlover deyib.
Hakim Regionlar Partiyasının mətbuat mərkəzinin rəhbəri Anna German isə hesab edir ki, ATƏT-in seçkilərlə bağlı dəyərləndirməsinə birmənalı tənqid yoxdur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50