"Parlament buraxılsın!" deyən Təzəxan Mirələmli və Əbülfəz Qurbanlı buraxıldı (Yenilənib)
"Parlament buraxılsın" tələbi ilə oktyabrın 20-də Fəvvarələr meydanında icazə verilməmiş aksiyaya çıxdıqlarına görə həbs olunmuş daha bir nəfər bu gün gecə saatlarında azadlığa buraxılıb. Bu, AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmlidir. Onunla eyni saatda buraxılmalı olan AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlının azad edilməsi isə saat 23-ə qalıb.
Son məlumata görə, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı da azadlığa çıxıb.
Bu barədə VHP gənclərinin lideri Samir Əsədli öz sosial şəbəkədəki səhifəsində məlumat verib.
Qeyd edək 7 sutka həbs cəzası alan fəallar iki gün öncə azad ediliblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51