İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni növbəti dəfə məhkəməyə cəlb edilib. İtaliya məhkəməsi Berluskonini vergidən yayınmaqda və maliyyə fırıldaqçılığında ittiham edərək ona 4 il azadlıqdan məhrumetmə cəzası verib. Məhkəmə qərarına əsasən, Berluskoninin eyni zamanda 3 il müddətində dövlət işləri ilə məşğul olması da qadağan olunub. Berluskoni isə ittihamları qəbul etməyib. Berluskoni ötən il rüşvətxorluq və yeniyetmə yaşına çatmayan qızla intim münasibətlər qurmaqda ittiham olunurdu.