VIP, AYP və Ədalət partiyaları bir arada gəldi
təndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev, VİP sədri Əli Əliyev və Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov arasında növbəti görüş keçirilib.
VİP-dən verilən məlumata görə, görüşdə adları çəkilən partiyaların iştirakı ilə yaradılması nəzərdə tutulan formatın Əsasnaməsi, qarşıdakı dövrdə birgə fəaliyyətin başlıca istiqamətlərinin əks olunduğu İş Planı, birliyin beynəlxalq əlaqələrinin gücləndirilməsi və digər məsələlər müzakirə olunub.
Ölkənin daxili və beynəlxalq kontekstdə kifayət qədər həsas bir dönəmə daxil olduğunu qeyd edən tərəflər AYP, Ədalət Partiyası və VİP-in təmsilçiliyi ilə qurulacaq təşkilatı formatın mümkün olan ən qısa müddətdə rəsmiləşdirilməsinin zəruriliyini önə çəkiblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51