isa Qəmbər erməni siyasi partiya lideri ilə görüzəcək
Oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə üç Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü olacaq. Görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın ?Respublikaçılar? Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil edəcək.
Görüşdə Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirə olunacağı gözlənilir. Görüşün sonunda birgə bəyanat imzalanacaq. Xatırladaq ki, bu üç partiyanın rəhbərləri əvvəllər də görüşüblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51