yabrda gənc fəallar Bakı şəhərinin "Fəvvarələr Meydanı"nda "Saxta parlament buraxılsın" tələbilə etiraz aksiyası keçirmişlər. İqtidar gənclərin etiraz aksiyaına kobud polis gücü tətbiq etməklə cavab vermiş, 100-lərlə insana fiziki təzyiq göstərilmiş, 10-larla insana bədən xəsarəti yetirilmişdir". Bu fikirlər Azərbaycan Liberal Partiyasının bəyanatında yer alıb. Bəyanatda daha sonra deyilir: "50-ə yaxın aksiyaçı polis tərəfindən saxlanmış, 10-a yaxın fəal inzibati həbsə məruz qalmışdır. ALP iqtidarın dinc nümayişçilərə qarşı zor tətbiq etməsini, onların həbsini Azərbaycan Konstitusiyasın kobud pozuntusu kimi qəyərləndir. Partiya halkimyyətin anti-konstitusion addımını qətiyyətlə pisləyir və həbs olunmuşların dərhal azad olunmasını tələb edir".