"Müxalifət fəallarının parlamentin buraxıması tələbi ilə keçirdiyi aksiyanın polis zorakılığı ilə dağıdılmasl demokratiyanın, insan haqlarının pozulmasıdır". Bu barədə AİDP sədri Tahir Abbaslı müxalifətçi gənclərin Fəvvarələr meydanında keçirdiyi mitinqə münüasibət bildirərəkən deyib. O bildirib ki, seçki öncəsi baş verən bu hadisə onu göstəriri ki, istəniılən etirazın qarşısı polis gücünə alınacaq "Hesab edirəm ki, tələb haqlı tələbdir və hakimiyyətin ən düzgün addımı parlamenti buraxmaq olardı. Çünki pulla formalaşmış parlament xalqı təmsil edə bilməz. Ona görə də hakimiyyət tezliklə bu tələbi yerinə yetirməli və növbədənkənar, şəffaf parlament seçkisi keçirməlidir. Məncə həm iqtidar, həm də cəmiyyət üçün bundan uğurlu seçim ola bilməz". AİDP sədri bildirib ki, parlamentin buraxılması və şəffaf seçkilər əsasında yeni Milli Məclisin formalaşdırılması həm iqtidar, həm də cəmiyyət üçün düzgün addım olardı. Çünki əks halda nəzarətə alınmayan proseslər baş verə bilər".