MMP üzvlərinə mitinq qadağası qoyub
Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyətinin, Rayon Təşkilat Sədrlərinin, Gənclər və Qadınlar Şurasının da iştirak etdiyi toplantı keçirilib. Toplantıda ilk öncə dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələrə münasibət bildirilib.Sonra toplantının əsas səbəbi açıqlanıb. Məlum olub ki bir qrup Müasir Musavatçı İctimai Palatanın şənbə gününə planlaşdırdışı mitinqə qatılmaq üçün partiyaya müraciət edib. Onlar bu istiqamətdə hərəkət etmək üçün təşkilatdan maddi-texniki dəstək də tələb ediblər.
Məsələni müzakirəyə çıxaran partiya rəhbərliyi MMP üzvlərının verdiyi bütün qərarlara hörmətlə yanaşdığını və dəstəklədiyini bəyan edib. Ancaq İctimai Palatanın 19-na planlaşdırdığı mitinq partiyanın mövqeyinə uyğun olmadığı üçün üzvlərinin ora getmələrinə qadağa qoyub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51